Kiyev “Dinamo”sunun qapıçısı Ruslan Neşeret UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a məğlub olaraq mübarizəni dayandırmalarını şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, hələ də özlərinə gələ bilmədiklərini deyib.

Qolkiper avrokuboklarla erkən vidalaşdıqlarını düşünür: “Açığı, hamımızın vəziyyəti çox pisdir. 3-cü təsnifat mərhələsində mübarizəni dayandırmaq yaxşı olmadı. Məncə, qalib gəlməli, yaratdığımız qol imkanlarından istifadə etməli idik. Amma artıq olan olub. Tənqidləri qəbul edirik və mövcud problemləri aradan qaldırmaq üçün çalışacağıq”.

Qeyd edək ki, “Qarabağ” iki oyunun cəmində 2:1 hesablı qələbə qazanaraq, pley-offa adlayıb.

Shares: