“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Tvente” ilə səfər oyununun statistikası açıqlanıb.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan klubu 1:0 hesablı səfər qələbəsi qazansa da, ümumi üstünlük meydan sahiblərində olub.
Belə ki, Niderland təmsilçisi qol vurmasa da, 20 zərbə ilə yadda qalıb. “Qarabağ” isə 7 cəhdin 1-də istəyinə çata bilib. “Tvente”nin zərbələrinin 9-na müdafiəçilər blok qoymağı bacarıblar.
Tvente – Qarabağ
Qollar – 0:1
Zərbələr – 20:7
“Çərçivə”yə zərbələr – 6:4
“Çərçivə”yə düşməyən zərbələr – 5:3
Bloklanan zərbələr – 9:0
Künc zərbələri – 5:3
Oyundankənar vəziyyət – 1:1
Sarı vərəqələr – 5:3
Cərimə zərbələri – 13:4
