FIFA prezidenti Canni İnfantino Azərbaycanda keçiriləcək U-15-lərin dünya çempionatının kommersiyalaşdırılması ilə bağlı özəl investorlarla danışıqlar aparıb.

Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, ali futbol qurumuna üzv olan 211 ölkənin hamısının Festivalda iştirakı nəzərdə tutulub. Hazırkı mərhələdə turnirin xarici investisiya hesabına keçirilməsi nəzərdə tutulmur.

Bütün komandaların yarışda iştirakı üçün 32 qrupdan istifadə olunması planlaşdırılıb. Qrupların hər birində 6 və ya 7 komanda olmalıdır.

FIFA qərarla bağlı açıqlamasında bildirib ki, Bakının seçilməsi FIFA administrasiyası tərəfindən aparılmış hərtərəfli qiymətləndirmənin nəticəsidir. Qurum Azərbaycanın minlərlə uşağı və onları müşayiət edən heyət üzvlərini vahid məkanda qəbul etməyə imkan verən yüksək səviyyəli idman və ümumi infrastrukturunun bu seçimdə əsas amillərdən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, U-15-lərin dünya çempionatı oktyabrın 23-31-i aralığında keçiriləcək.

Shares: