MBA-da mübarizə aparan “Los-Anceles Leykers” Nikola Yokiçi heyətinə qatmaq üçün hərəkətə keçməyə hazırlaşır.

Kaliforniya klubu səhmlər paketi ilə bağlı məsələni yoluna qoyduqdan sonra “Denver Naggets”lə danışıqlara başlayacaq.

Serbiyalı basketbolçu Kolorado klubunda qalmaq istəsə də, komandanın nəticələri gələcəyi ilə bağlı qərarına təsir edə bilər. Yokiç təklifi qəbul etsə, 5 il ərzində 359,5 milyon dollar məvacib əldə edəcək.

Bu anlaşma imzalansa, Nikola MBA tarixinin ən yüksək məvacibli oyunçusu olacaq.

Shares: