Kiprin APOEL klubunun yarımmüdafiəçisi Dieqo Rosa ilə maraqlanan Azərbaycan klubları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı orta sahə oyunçusu Misli Premyer Liqasının 2 təmsilçisinin gündəmindədir.

İlk olaraq onun keçidində “Neftçi” maraqlı olub. “Ağ-qaralar” braziliyalını birillik icarəyə götürmək və maaşını tam ödəmək fikrində olub. Lakin sonradan “Qarabağ” da bu mübarizəyə qoşulub. Ağdamlılar da icarə variantını nəzərdən keçirir. “Qarabağ” bunun müqabilində APOEL-ə artıq 150 min avro təklif edib.

Təklif olunan müqaviləyə əsasən, Rosa “Qarabağ”ın oyunlarının 50 faizində meydana çıxarsa, Azərbaycan klubu 850 min avro ödəyərək onun transfer hüququna yiyələnəcək. Hələlik APOEL heç bir klubla razılıq əldə etməyib.

Qeyd edək ki, Dieqo Rosanın APOEL-lə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir. Braziliyalının əvvəlki klubu “Baia” onun növbəti satışından əldə olunacaq gəlirin 50 faizinə sahibdir.

Shares: