Bu gün Bakıda qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına start veriləcək.

Futbolinfo.az xəbər verir ki, açılış matçında, saat 19:00-da Azərbaycan millisi Portuqaliya ilə üz-üzə gələcək.

Qarşılaşmadan əvvəl, saat 18:15-də yarışın açılış mərasimi təşkil olunacaq.

Faiq Qarayevin baş məşqçi olduğu komanda C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.

Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AÇ-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.

Shares: