Türkiyə Super Liqasında 2-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, bu gün bir oyun baş tutub.

Çempion “Qalatasaray” səfərdə “Ərzurumspor”la qarşılaşıb. İstanbul təmsilçisi darmadağınla qalib gəlib.

“Ərzurumspor”da çıxış edən millimizin üzvü Nəriman Axundzadə də bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə, hesab 0:3 olarkən Gyrano Kerkin əvəzinə meydana çıxıb. Millimizin forvardı 84-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Türkiyə Super Liqası
2-ci tur

21 avqust

Ərzurumspor – Qalatasaray 0:4

22 avqust

20:00. Çorum – Kasımpaşa
20:00. Rizəspor – Samsunspor
22:30. Fənərbağça – Konyaspor

23 avqust

20:00. Eyüpspor – Qaziantep
20:00. Trabzonspor – Başakşəhər
22:30. Alanyaspor – Beşiktaş
22:30. Göztəpə – Gənclərbirliyi

24 avqust

22:30. Kocaelispor – Amedspor

Shares: