Misli Premyer Liqasında 2-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Günün digər oyunu isə “Neftçi” və “Araz-Naxçıvan” arasında keçiriləcək.
Daha öncə “Qəbələ” “Şəfa”ya (0:1) uduzub, “Zirə” “İmişli”yə (3:1) qalib gəlib.
“Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.
Misli Premyer Liqası
2-ci tur
23 avqust
“Turan Tovuz” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Tərlan Talıbzadə, Nicat İsmayıllı
VAR: Vüqar Həsənli
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu, 18:30
“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Palms Sports Arena”, 20:45
