Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda bu gün 2 görüş keçirilib.

Futbolinfo.az xəbər verir ki, Belçika millisi İspaniyanı 3:2 (25:15, 18:25, 23:25, 25:17, 15:8) hesabı ilə məğlub edib.

Digər matçda isə Niderland seçməsi Rumıniya üzərində qələbə qazanıb – 3:2 (25:21, 26:28, 25:15, 22:25, 15:9).

C qrupunun oyunları avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Açılış matçında Azərbaycan millisi Portuqaliyanı 3:1 hesabı ilə məğlub edib.

Shares: