Boks üzrə dünya çempionu Zolani Tete Cənubi Afrikada evinin qarşısında güllələnərək öldürülüb.
38 yaşlı cənubi afrikalı idmançı cümə günü axşam Mdançanedə evinə qayıdarkən hücuma məruz qalıb. Tete avtomobilində darvazanın açılmasını gözləyərkən maskalı iki silahlı şəxs ona atəş açıb. Hücum zamanı avtomobildə olan 27 yaşlı qadın da bir neçə güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Polis qətllə bağlı araşdırmaya başlayıb, hadisənin motivi və hücum edən şəxslərin kimliyi hələ məlum deyil.
Xatırladaq ki, Tete iki çəki dərəcəsində dünya çempionu olub. O, 2014-cü ildə IBF üzrə ikinci ən yüngül çəki, 2017-ci ildə isə WBO üzrə 53,5 kq çəki dərəcəsində çempion olub və 2017-ci ildə 11 saniyəyə nokautla dünya titul döyüşlərində rekord müəyyənləşdirib.
