“Sevilya” “Sportinq”in yarımmüdafiəçisi Georgi Koçoraşvilini transfer edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı gürcüstanlı futbolçu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb. Transferin məbləğinin bonuslar nəzərə alınmadan təxminən 4 milyon avro olduğu bildirilir.

Koçoraşvili artıq yeni komandası ilə birlikdə bu gün “Atletik”lə keçiriləcək səfər oyununa yollanıb.

Gürcüstan millisinin üzvü ötən mövsüm “Sportinq”in heyətində 26 matçda meydana çıxıb və 2 məhsuldar ötürmə edib. O, daha əvvəl İspaniyada “Levante”nin formasını geyinib.

Shares: