Formula 1 üzrə dünya çempionatında mövsümün 12-ci Qran-prisi start götürüb.

Niderlandın Zandvort avtodromunda keçirilən yarışın ilk günündə sürət həvəskarları əvvəlcə sərbəst yürüşlərə, daha sonra sprintin təsnifat mərhələsinə şahidlik edib.

Test yarışında “Mersedes” pilotu Andrea Kimi Antonelli uğur qazanıb. “Mersedes”in italiyalı üzvü 1 dəqiqə 12,9 saniyəlik dövrə göstəricisi ilə birinci olub. “Maklaren”də çıxış edən britaniyalı Lando Norris ikinci olub. Britaniyanı təmsil edən Antonellinin komanda yoldaşı Corc Rassell isə mübarizəni 3-cü sırada başa vurub. “Ferrari”də çıxış edən Lüis Hemiltonla Şarl Lekler isə finiş xəttini müvafiq olaraq 4 və 5-ci sırada keçib. 2 gün əvvəl “Red Bull”a müqavilə müddətini 2030-cu ilə qədər yeniləyən Maks Ferstappen 11-ci yeri tutub.

Sprintin təsnifat mərhələsində isə “Mersedes” pilotları diqqət mərkəzinə düşüb. Corc Rassell 1 dəqiqə 11,5 saniyəlik dövrə göstəricisi ilə poul qazanıb. Lando Norris mübarizəyə 2-ci sıradan başlayacaq. Şarl Lekler isə 3-cü ən yaxşı nəticəni göstərib. “Maklaren”dən Oskar Piastri 4-cü, çempionatın lideri Andrea Kimi Antonelli 5-ci olub. Maks Ferstappen isə bu dəfə qismən nəticələrini yaxşılaşdıra bilib – niderlandlı pilot bu dəfə 6-cı yerə çıxıb. Lüis Hemilton isə ondan 1 pillə geridə qalıb.

Shares: