Bu gün Misli Premyer Liqasında 2-ci tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Öncə “Qəbələ” “Şəfa”nı qəbul edəcək. Qəbələdə keçiriləcək qarşılaşmanın baş hakimi İnqilab Məmmədov olacaq.

Günün digər oyunu “Zirə” və “İmişli” arasında keçiriləcək. Oyunu Əli Əliyev idarə edəcək.

“Turan Tovuz” – “Şamaxı” və “Neftçi” – “Araz-Naxçıvan” oyunları sabah keçiriləcək. “Sabah”ın “Sumqayıt”la, “Qarabağ”ın “Kəpəz”lə görüşləri avrokubok oyunları ilə əlaqədar olaraq təxirə salınıb.

Misli Premyer Liqası
2-ci tur

22 avqust

Qəbələ – Şəfa
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Gülnurə Əkbərzadə, Rəvan Həmzəzadə.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Qəbələ şəhər stadionu, 18:30.

Zirə – İmişli
Hakimlər: Əli Əliyev, Pərvin Talıbov, Kərim Zeynalov, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Zirə İdman Kompleksinin stadionu, 20:45.

Shares: