ATP reytinqində 1-ci sırada qərarlaşan, beşqat “Böyük Dəbilqə” çempionu Yannik Sinner dizindəki problem səbəbindən “US Open”də iştirak etməyəcək. Bu barədə italiyalı tennisçi özü sosial şəbəkə hesabında məlumat verib.
Sinner bildirib ki, komandası və tibbi heyətlə birlikdə intensiv çalışmasına baxmayaraq, sağ dizindəki problemdən tam bərpa olunmaq üçün ona daha çox vaxt lazımdır. O, son günlər Monte-Karloda korta qayıtdıqlarını, lakin məşqlər zamanı turnirdə iştirak etməyə hələ hazır olmadığını anladığını qeyd edib.
İtaliyalı tennisçi qərardan məyus olduğunu və Nyu-Yorkun onun üçün xüsusi yerə sahib olduğunu vurğulayıb.
Sinner bu mövsüm son Böyük Dəbilqə yarışına qədər 44 qələbə və 3 məğlubiyyətlik göstəriciyə malik olub və altı titul qazanıb.
