MBA-da mübarizə aparan “Dallas Maveriks” klubu 36 yaşlı amerikalı müdafiəçi Kley Tompsonla müqavilənin qarşılıqlı razılaşma əsasında pozulduğunu açıqlayıb. Bununla Tompson məhdudiyyətsiz azad agent statusu qazanıb.

Kley 2024-cü ilin yayında “Dallas” klubuna qoşulmuşdu. Ö, ötən mövsüm 69 oyunda orta hesabla 11,7 xal, 2,1 ribaund və 1,4 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyerasının ilk 13 ilini “Qolden Steyt Uorriors”da keçirən Tompson 2011-ci il MBA draftında 11-ci sıradan seçilib. O, Kaliforniya klubunun heyətində 2015, 2017, 2018 və 2022-ci illərdə MBA çempionu olub.

Dallas klubu sosial şəbəkədə Tompsona təşəkkür edərək onu “tarixin ən möhtəşəm oyunçularından biri, çempion, lider və əsl peşəkar” adlandırıb. ABŞ mətbuatının məlumatına görə, 36 yaşlı basketbolçunun növbəti dayanacağı “Mayami Hit” olacaq.

Shares: