İsveçrənin Lozanna şəhərində atletika üzrə Brilyant Liqasının 12-ci mərhələsi keçirilib.

Qadınların 100 metr məsafəyə maneələrlə qaçışında ABŞ təmsilçisi Masai Rassell 12,27 saniyə nəticə ilə qalib gəlib. 200 metr məsafədə Kayla Uayt 22,18 saniyə, 400 metr maneələrlə qaçışda slovakiyalı Emma Zapletalova 52,41 saniyə nəticə göstərərək birinci olub.

800 metr məsafədə meydan sahibi Odri Verro 1 dəqiqə 55,33 saniyə nəticə ilə qələbə qazanıb. 3000 metr maneələrlə qaçışda Bəhreyn təmsilçisi Uinfrid Yavi 9 dəqiqə 00,04 saniyə nəticə göstərərək finişə birinci çatıb. Dayaqla hündürlüyə tullanmada amerikalı Hana Moll 4,84 metr, nizə atmada isə yaponiyalı Haruka Kitaguti 64,90 metr nəticə ilə mərhələnin qalibi olub.

Kişilər arasında 200 metr məsafədə Botsvananı təmsil edən Letsile Teboqo 19,87 saniyə nəticə ilə birinci yeri tutub. 800 metr məsafədə keniyalı Emmanuel Vanonyi 1 dəqiqə 42,19 saniyə, 5000 metr məsafədə isə Bəhreyn təmsilçisi Birhanu Balev 12 dəqiqə 57,55 saniyə nəticə ilə qalib gəlib.

Üç təkanla tullanmada portuqaliyalı Pedro Piçardo 17,44 metr, uzunluğa tullanmada yunanıstanlı Miltiadis Tentoglu 8,24 metr nəticə göstərərək birinci olublar. Nizə atmada isə Şri-Lanka təmsilçisi Rumeş Tharanqa Pathiraqe 88,14 metr nəticə ilə Lozanna mərhələsinin qalibi olub.

Shares: