Zandvoortda Formula-1 üzrə mövsümün 12-ci mərhələsi olan Niderland qran-prisinin sprint yarışı keçirilib.

“Mersedes” pilotu Corc Rassel 24 dövrədən ibarət sprinti birinci pillədə başa vurub. “Ferrari”nin monakolu pilotu Şarl Lekler qalibdən 1,3 saniyə geri qalaraq ikinci olub.

Son dünya çempionu, “Makaren”in britaniyalı pilotu Lando Norris 5,1 saniyə fərqlə üçüncü yeri tutub. “Mercedes”in digər pilotu Kimi Antonelli dördüncü, “Makaren”dən Oskar Piastri beşinci olub.

“Red Bull”un niderlandlı pilotu Maks Ferstappen yarışı altıncı, “Ferrari”nin britaniyalı pilotu Lyuis Hemilton isə yeddinci pillədə başa vurub.

Без имени 12 - Futbolinfo.az
Shares: