“İmişli”nin baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə “Zirə”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:

“Bilirdik ki, “Zirə” bu matçda da dominant oynamağa çalışacaq. Bunun qarşısını almağa çalışırdıq. İstəyirdik ki, topu rəqibə verməyək, amma bunu nə qədər bacardıq, sual doğurur. “Zirə”ni analiz etdiyimiz yerlərdən qollar buraxdıq. Fərdi səhvlər etdik. Bu, futboldur. Olur belə hallar. Ehtiyat heyətlə bağlı problemlərimiz var. Təbii ki, gənc futbolçulara şans vermək klubun strategiyasıdır. Geridə olduğumuz dəqiqələrdə gənc oyunçulara da şans vermək risklidir. Düşünürəm ki, bunun da öhdəsindən gələcəyik.”

Shares: