“Sabah” “Hapoel”lə oyunun favoritidir.

Futbolinfo.az xəbər verir ki, bu barədə İsrailin “Hapoel” (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojux mətbuat konfransında deyib.

Mütəxəssis Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçı haqqında fikirlərini bölüşüb:

“Bu qarşılaşma üçün xüsusi hazırlığımız olmayıb. Həmişəki kimi hazırlaşmışıq. Bakıda olmaq bizim üçün çox xoşdur. Yaxşı komandaya qarşı oynayacağıq. Maksimum hazırlaşmışıq. İlk oyundan qalib ayrılmışıq. Üstünlüyü qorumağa çalışacağıq. Bu matçın favoriti “Sabah”dır”.

R.Kojux qalib gəlmək üçün çalışacaqlarını vurğulayıb:

“Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Rəqibin çox yaxşı oyunçuları var”.

Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun “Hapoel”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: