Azərbaycanın voleybol millisi Avropa çempionatında ardıcıl üçüncü qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun 3-cü turunda Rumıniya seçməsi ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qalibiyyəti ilə bitib – 3:2 (25:21, 25:23, 15:25, 22:25, 15:8).
Xatırladaq ki, Azərbaycan millisi 1-ci turda Portuqaliyaya, 2-ci turda İspaniyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 8 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.
