“Göztəpə”nin yarımmüdafiəçisi Entoni Dennisin yeni komandası müəyyənləşib.
Futbolinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində çıxış edəcək.
Nigeriyalı dayaq yarımmüdafiəçisi “Əl-Cəzirə”yə transfer olunub. Halbuki onun adı Azərbaycan klubları ilə birgə hallanırdı. Görünür, “Əl-Cəzirə”nin təklifi həm Dennisin özünün, həm də “Göztəpə”nin ürəyincə olub.
Qeyd edək ki, 2023-cü ildə “Göztəpə”yə keçən Entoni Dennis əvvəlcə bu klubun U-19, daha sonra əsas komandasında çıxış edib.
