Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərinin adına aydınlıq gələcək. Püşkatma mərasimi Bakı vaxtı ilə isə saat 20:00-da başlayacaq.
Futbolinfo.az xəbər verir ki, Monakodakı tədbirdə “Sabah”ı klubun prezdenti Maqsud Adıgözəlov təmsil edəcək. O, dünən bu məqsədlə səfərə çıxıb.
Püşkatma zamanı Liqa mərhələsində iştirak edəcək 36 komandanın rəqibləri müəyyənləşəcək. “Sabah”ın 8 fərqli rəqibi olacaq. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. İlk tur 8-10 sentyabrda olacaq.
Budəfəki püşkdə yenilik olacaq. UEFA eyni rəqiblər arasında qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadionda keçirilməsinin qarşısını almaq üçün dəyişiklik edib. Bu səbəbdən “Liverpul” və “Real”ın bu mövsüm İngiltərədə qarşılaşması mümkün olmayacaq. Madrid təmsilçisi son iki mövsümdə Çempionlar Liqası çərçivəsində ardıcıl olaraq “Liverpul”un qonağı olub. İngiltərə klubu həmin görüşlərdə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanıb.
Yeni qaydaya əsasən, eyni komandanın üçüncü dəfə ardıcıl olaraq eyni stadionda üz-üzə gəlməsinin qarşısı alınacaq. Bu qayda yalnız Çempionlar Liqasının əsas mərhələsinə şamil olunur.
