Avroliqada çıxış edən Fransanın ASVEL basketbol klubunun baş məşqçisi Toni Parkerin maaşı komandanın maliyyə böhranı fonunda beş dəfə azaldılıb. “BasketNews” portalının un məlumatına görə, əvvəl 1,2 milyon avro təşkil edən illik məvacib 240 min avroya endirilib.

Daha əvvəl ASVEL-in Asiyadakı sponsorla bağlı yaranan problemlərə görə qarşıdakı mövsüm üçün büdcəsini 59 milyon avrodan 24 milyon avroya qədər azaltmağa məcbur olduğu bildirilmişdi. Parkerin maaşını azaltması məşqçilər korpusunun böyük hissəsinin, o cümlədən Vensan Kole başda olmaqla əsas mütəxəssislərin klubda saxlanılmasına imkan verib.

Qeyd edək ki, Toni Parker həm də ASVEL-in prezidenti və əsas sahibidir. O, 2009-cu ildən klubun nəzarət paketinə sahibdir.

Shares: