İngiltərə millisinin sabiq futbolçusu və “İnter Mayami”nin sahibi Devid Bekhem Fransanın “Nant” klubunun səhmlərinə sahib çıxa bilər. Bu barədə “Ouest-France” məlumat yayıb.

Nəşrin məlumatına görə, Liqa 2-yə düşən “Nant”ın sahibləri klubu satmağı nəzərdən keçirir və hazırda üç potensial alıcı var, onlardan birinin təklifinin 100 milyon avro olduğu bildirilir. Bekhemin nümayəndəsinin daha əvvəl potensial investorların yerli “Collectif nantais” qrupu ilə görüşdüyü və “Nant”la bağlı mümkün layihə ilə maraqlandığı qeyd olunur.

Futbola yatırımları ilə uğurlu təcrübəyə malik Bekhemin sərvəti 1,36 milyard avro qiymətləndirilir və onun “İnter Mayami”dəki fəaliyyəti ABŞ-da klubun MLS-in diqqətçəkən layihələrindən birinə çevrilməsinə imkan verib.

Shares: