“Arsenal” UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la səfərdə qarşılaşmayacağı üçün sevinir.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər veri ki, İngiltərə klubu Azərbaycan çempionunu Londonda qəbul etməsini böyük şans hesab edir.

Vurğulanıb ki, “topçular” bununla sıx təqvim fonunda ən azı 8000 km məsafəlik uçuşdan qurtulub: “Sabah”la oyun mürəkkəb tarixə düşür. Azərbaycanlılarla ev qarşılaşması “Arsenal”ı qorxunc ssenaridən xilas etdi. Əks təqdirdə, 8000 kilometrlik gediş-dönüş olacaqdı. Azarkeşlər 14 saata yaxın səyahətlə qarşılaşacaqdılar. Komanda özü isə sıx oyun təqvimi, səyahət yorğunluğu və iş yükü ilə bağlı narahatlıqlarla mübarizə apacaqdı. Bu mənada “Barselona”, “Borussiya” (Dortmund), “Napoli” və “Slaviya” “Arsenal” qədər şanslı olmadılar”.

Qeyd edək ki, “Arsenal”la “Sabah” arasında oyun sonuncu – 8-ci tur çərçivəsində olacaq. Qarşılaşma 2027-ci il yanvarın 27-də “Emirets” stadionunda keçiriləcək.

Shares: