“Sabah”ın Çempionlar Liqasındakı rəqiblərindən olan Dortmund “Borussiya”sı ciddi itki ilə üzləşib.

Almaniya klubunun yayda heyətinə qatdığı yarımmüdafiəçi Yannis Konstantelias zədələnib. Bundesliqanın I turunda “Hamburq”la oyunda (2:0) xəsarət alan yunan futbolçu bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

“Sabah” “Borussiya” ilə Çempionlar Liqasında III tur çərçivəsində oktyabrın 20-da Bakıda qarşılaşacaq. Yannisin bu görüşdə iştirakı sual altındadır.

Shares: