Mövsümün nüfuzlu velosiped yarışı olan “Vuelta”da mübarizə davam edir.
Yarışın 9-cu mərhələsində velosipedçilər İspaniyanın Vilyaxoyosa ilə Alto de Aytana məntəqələri arasında 187,4 km məsafəni qət edib. Gərgin mübarizə şəraitində keçən yarışda qalib fotofinişlə müəyyənləşib.
“Movistar” komandasında çıxış edən ispaniyalı Enrik Mas 5 saat 10 dəqiqə 40 saniyəlik göstərici ilə birinci olub. Onunla eyni nəticə göstərməsinə baxmayaraq İNEOS kollektivinin britaniyalı velosipedçisi Oskar Onli fəxri kürsünün 2-ci pilləsinə yüksəlib. “Red Bull” komandasında çıxış edən Primoj Roqliç mübarizəni 3-cü sırada başa vurub. Sloveniyalı idmançı finiş xəttini liderdən 12 saniyə sonra keçib.
Şəxsi birinciliyə gəlincə, Tadey Poqaçarın mübarizədən kənarlaşmasından sonra Enrik Mas liderliyini qoruyub. O, 9 mərhələdə 28 saat 34 dəqiqə 3 saniyəlik göstərici ilə 1-ci sıradadır. İspaniyalı rəqibindən 1 dəqiqə 18 saniyə gedirə qalan Primoj Roqliç 2-cidir. “Dekatlon” kollektivində çıxış edən avstriyalı Feliks Qall isə 3-cü sıradadır.
