“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski komandadan ayrıla bilər. Futbolinfo.az satytının əldə etdiyi məlumata görə, təcrübəli “çərçivə” qoruyucusu özü bunu istəyir.

O, Qurban Qurbanovun Konfrans Liqasının son matçlarında Martin Zlomisliçə güvənməsindən sonra belə qərar verib.

Maraqlısı budur ki, meneceri Koxalski üçün müxtəlif ölkələrdən təkliflər gətirib. Lakin o, öz ölkəsinə qayıtmaq istəyir. Mateuş agentinə deyib ki, Polşa Ekstraklasasında yüksək yerlər uğrunda oynayan klublardan birində oynamaq niyyətindədir.

Qeyd edək ki, Mateuş Koxalskinin hələ yay “transfer pəncərəsi”ndə komandadan getmək niyyəti var idi. Son günlərdə vəziyyət dəyişməsə, o, qışda komandadan ayrılacaq.

Shares: