Basketbol üzrə Fələstin millisi 2029-cu il FIBA Asiya Kubokunun ilkin təsnifat mərhələsində B qrupunda Maldiv adalarını 168:78 hesabı ilə məğlub edərək bir neçə rekorda imza atıb.

Qarşılaşma Qazaxıstanın Almatı şəhərində, Baluana Şolaka adına İdman Sarayında keçirilib. FIBA-nın mətbuat xidmətinin məlumatına görə, Fələstin Asiya Kubokunun təsnifat mərhələləri tarixində ən böyük top fərqi ilə qələbə rekordunu müəyyənləşdirib.

Əvvəlki rekord Bəhreynə məxsus idi. Bəhreyn 2018-ci ildə ilkin təsnifat mərhələsində Banqladeşi 126:52 hesabı ilə məğlub etmişdi.

Fələstin millisi həmçinin FIBA-nın bütün yarışları, o cümlədən dünya çempionatı və Olimpiya Oyunları tarixində bir matçda ən çox xal toplamaq rekordunu yeniləyib.

Əvvəlki rekord ABŞ millisinə məxsus idi. Amerikalılar 2012-ci il Olimpiadasının qrup mərhələsində Nigeriyanı 156:73 hesabı ilə məğlub etmişdi.

2d5a708b f9fb 427b 96e7 57f83b5f64a4 1 - Futbolinfo.az
Shares: