Qadın voleybolçular arasında Avropa çempionatının 1/8 final mərhələsinə start verilib.
Çexiyanın Brno şəhərində təşkil olunan qarşılaşmalarda Fransa və Yunanıstan milliləri üz-üzə gəlib. Yunanıstan seçməsi rəqibini 3:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Setlər 25:16, 25:18, 25:20 hesabı ilə başa çatıb.
Digər görüşdə Serbiya Xorvatiya ilə qarşılaşıb. Serbiya 3:1 hesablı qələbə qazanaraq mübarizəni növbəti mərhələdə davam etdirəcək. Xorvatiya ilk seti 25:19 hesabı ilə qazansa da, Serbiya sonrakı üç setdə 25:19, 25:17 və 25:12 hesabı ilə üstün olub.
Xatırladaq ki, millimiz 1/8 finalda sabah Türkiyə yığması ilə qarşılaşacaq.
