“Sabah” basketbol komandası növbəti yoxlama oyununu Böyük Britaniya təmsilçisi “London Lions”a qarşı keçirəcək.
Futbolinfo.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.
Qarşılaşma sentyabrın 3-də baş tutacaq. Litvanın Kaunas şəhərində təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
“Sabah” ilk yoxlama oyununda Litvanın “Juventus Utena” komandasına uduzub – 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin “Şyaylyay” kollektivinə qalib gəlib – 92:80.
Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.
