Viçko Şevelinin “Neftçi”yə transferi “Dandi Yunayted”ə təzminat qazandırıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı məlumat yayıb.
25 yaşlı dayaq yarımmüdafiəçisinin “Dandi Yunayted”lə müqaviləsinin sonuna bir il vaxt qaldığından, Azərbaycan təmsilçisi keçid qarşılığında qarşı tərəfə ödəniş edib. Məbləğ açıqlanmasa da, şotlandları məmnun edəcək qədər yüksək olduğu vurğulanıb.
Xəbərdə o da qeyd olunub ki, Bakı klubu Şevelinin bir və ya iki illik yüksək səviyyəli çıxışından sonra onu sataraq gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, xorvatiyalı Viçko Şeveli “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. O, “ağ-qaralar”da 88 nömrəli formanı geyinəcək.
