Albaniya çempionatında 2-ci turun oyunları keçirilib.
Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Vora”ilə qarşılaşıb. Görüş həmyerlimizin komandasının qələbəsi ilə başa çatıb.
65-ci dəqiqədə buraxdığı qolla məğlub duruma düşən “Eqnatiya” oyunun qalan vaxtında 3 dəfə fərqlənməyi bacarıb – 3:1.
Zamiq Əliyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Eqnatiya” turnir cədvəlində liderliyə yüksəlib.
