Ölkə futbolu

Super Liqa klubunda yeni baş məşqçi postunda

orhan ak - Futbolinfo.az

Türkiyə Super Liqasında çıxış edən “Qaziantep” yeni baş məşqçisini açıqlayıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Türkiyə yığmasının sabiq futbolçusu Orhan Akla anlaşıb.

46 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər Qaziantep kollektivinin uğurları üçün çalışacaq.

Orhan Ak futbolçu karyerası ərzində 2003-2008-ci illərdə “Qalatasaray”ın formasını geyinib.

“Qaziantep” klubu Super Liqada 4 xalla 7-ci sırada qərarlaşıb.

Shares: