“Qəbələ” baş məşqçi axtarışını davam etdirir. Bölgə təmsilçisi çoxsaylı namizədlər arasından seçim edir.
Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” yeni çalışdırıcı ilə bağlı qəti qərar verməyib. Dünənədək Elmar Baxşıyevin komandaya dönüşü gözlənilirdisə, indi vəziyyət dəyişib. Klub rəhbərliyi növbəti dəfə əcnəbi mütəxəssisə şans vermək barədə düşünür.
Xatırladaq ki, Misli Premyer Liqasının yeni mövsümündə ilk 3 turda cəmi 1 xal qazanan komanda bu həftə baş məşqçi Kaxaber Sxadadzeni istefaya göndərib.

