Premyer Liqa

Pilləkənə qalxdı, qolu azarkeşlərlə qeyd etdi

b6e56670 722c 4e74 a4ad 341cdd4e3394 - Futbolinfo.az

“Qəbələ”nin hücumçusu Karim Rossi maraqlı addım atıb. O, yeni komandasında vurduğu ilk qolu azarkeşlərlə qeyd edib.

Futbolinfo.az xəbər verir ki, isveçrəli oyunçu hazırda davam edən matçda komandasını önə keçirib. İlk hissədə penaltiyə səbəkar olan forvardı məyusluqdan Premyer Liqada 300-cü oyununu keçirən Səlahət Ağayev xilas etmişdi. Qapıçı “İmişli”nin hücumçusunun zərbəsini dəf etmişdi.

İlk hissəsi 1:1 hesabı ilə bitən oyunda 3-cü qolu vuran Rossi tribunaya qalxıb və pilləkənlərdə əyləşərək sevincini azarkeşlərlə bölüb. Bu, ona sarı vərəqə hesabına başa gəlib.

Shares: