Bu gün Almaniyada qadınlar arasında basketbol üzrə dünya çempionatına start veriləcək.
Futbolinfo.az xəbər verir ki, Berlində keçiriləcək turnir sentyabrın 13-dək davam edəcək və 16 komanda 36 oyunda mübarizə aparacaq.
Azərbaycanlı basketbolsevərlər qarşılaşmaları Türkiyənin “TRT Spor” kanalından canlı izləyə biləcəklər.
Komandalar 4 qrupa bölünüb:
A qrupunda Yaponiya, İspaniya, Almaniya və Mali, B qrupunda Macarıstan, Cənubi Koreya, Nigeriya və Fransa, C qrupunda Belçika, Avstraliya, Puerto Riko və Türkiyə, D qrupunda isə ABŞ, Çexiya, İtaliya və Çin yer alıb.
Qrup mərhələsi sentyabrın 7-də başa çatacaq, sentyabrın 8-9-da 1/4 finala yüksəlmək üçün pley-off oyunları, 10-da 1/4 finallar, 12-də yarımfinallar, 13-də isə bürünc medal və final görüşləri keçiriləcək.

