“Liverpul” Fransanın “Sent-Etyen” klubunun hücumçusu Cilian Nqessanla müqavilə imzalayıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mersisayd təmsilçisi 18 yaşlı futbolçunun “Sent-Etyen”dən transferi ilə bağlı razılığa gəlib. Nqessan komandaya daimi əsaslarla yanvarda qoşulacaq. Fransalı forvard 2026/27 mövsümünün qalan hissəsini icarə əsasında Liqa 1 təmsilçisi “Brest”də keçirəcək.
“Sent-Etyen” akademiyasının yetirməsi olan Nqessan klubun əsas komandasında 13 oyuna çıxıb və 1 qol vurub. O, əsas komandada debütünü 2025-ci ilin yanvarında edib.

