Azərbaycanda təşkil olunacaq U-15-lər arasında dünya çempionatının iştirakçılarının sayı gündən-günə artır.
Futbolinfo.az xəbər verir ki, Avstraliya yığmasının da oktyabrdakı mundiala qatılacağı dəqiqləşib.
Bu məqsədlə adıçəkilən ölkədə tarixində ilk dəfə həm oğlanlardan, həm də qızlardan ibarət U-15 millisi yaradılıb. Bu barədə Avstraliya Futbol Federasiyası məlumat yayıb.
Oğlanlar bu ilin 22-31 oktyabr aralığında Azərbaycanda keçiriləcək ilk FIFA U-15 Dünya Çempionatı və Festivalında mübarizə aparacaq. Qızlardan ibarət U-15 millisi isə gələn il baş tutacaq mundiala qatılacaq.
Qeyd edək ki, 2028-ci ildən etibarən həm oğlanlar, həm də qızlar arasında dünya çempionatı keçiriləcək.
