Digər idman növləri

Azərbaycan milliləri Bakıda hazırlıq keçir

6dc80c8b 93ad 3e83 be63 a414caf1da00 850 - Futbolinfo.az

Qız və qadın boksçulardan ibarət Azərbaycan milliləri təlim-məşq toplanışının növbəti mərhələsinə start verib.

Futbolinfo.az xəbər verir ki, hazırlıq baş məşqçi İlkin Ağayevin rəhbərliyi altında Bakıda keçirilir.

Bakı Boks Mərkəzində təşkil olunmuş beynəlxalq toplanışda yığmalarımızla yanaşı, Türkiyə və Belarus milliləri də iştirak edəcəklər. Komandalar gündə 2 dəfə məşqə çıxacaq, yekunda sınaq döyüşlərində güclərini yoxlayacaqlar. 30-dək boksçunun qatılacağı toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək.

Birgə məşqlər sentyabrın 14-də yekunlaşacaq.

Qeyd edək ki, türkiyəli boksçular toplanışa sentyabrın 5-də qoşulacaqlar.

Shares: