Digər idman növləri

Vüsalə Kazımova AÇ-də tibbi təhlükəsizliyə nəzarət edir

OEdLBD3EMchjcxrTe1ttjvyev16gZHCK2JsxctnS 1200 - Futbolinfo.az

Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova U-20 Avropa çempionatında CEV-in Tibb Nümayəndəsi (Medical Delegate) kimi fəaliyyət göstərir.

Futbolinfo.az xəbər verir ki, sentyabrın 3-dən 6-dək İtaliyanın Battipaglia şəhərində keçirilən yarışda Kazımova iştirakçıların və hakimlərin tibbi təhlükəsizliyinin təmin olunmasına, tibbi xidmətlərin təşkilinə və yarış zamanı müvafiq məsələlərin koordinasiyasına nəzarət edir.

CEV-in Tibb Komissiyasının üzvü olan azərbaycanlı mütəxəssis turnir çərçivəsində tibbi protokolların icrasını və zəruri tibbi tədbirlərin təşkilini də koordinasiya edir.

Shares: