Litvada təlim-məşq toplanışında olan “Sabah” basketbol komandası növbəti yoxlama oyununda Böyük Britaniya təmsilçisi “London Lions”la qarşılaşıb.
Futbolinfo.az xəbər verir ki, Kaunas şəhərində baş tutan matç rəqib kollektivin 86:82 hesablı qələbəsi ilə başa çatıb.
“Sabah” ilk yoxlama oyununda Litvanın “Juventus Utena” komandasına uduzub – 84:89. Paytaxt klubu ikinci görüşdə bu ölkənin “Şyaulyay” kollektivinə qalib gəlib – 92:80.
Xatırladaq ki, Azərbaycan təmsilçisi yeni mövsümdə FIBA Çempionlar Liqasında çıxış edəcək.
