“Monako”nun qapıçısı Yann Lienar karyerasını Belçikada davam etdirəcək.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper 2026/27 mövsümünün sonuna qədər “Serkl Brügge”yə icarəyə verilib.
“Monako” akademiyasının yetirməsi olan futbolçu Belçika çempionatında çıxış edən klubda özünü inkişaf etdirmək imkanı qazanacaq. “Serkl Brügge” “Monako”nun tərəfdaşı olan klublardan biridir.
Fransalı qapıçı yeni komandasında “Monako”nun icarə əsasında göndərdiyi digər futbolçular – müdafiəçi Vali Konate və hücumçu Lukas Mixaillə birgə çıxış edəcək.
“Serkl Brügge” hazırda Belçika çempionatında turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
