Kipr superkubokunun final oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi “Pafos” həlledici qarşılaşmada “Omoniya” ilə üz-üzə gəlib.
Matç “Pafos”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə yeganə qolu 74-cü dəqiqədə “Pafos”un futbolçusu Lele vurub.
Zədəli olan Murad bu matçın iştirak ərizəsində yer almayıb.
