Dünya futbolu

“Jirona”dan ayrıldı, Yunanıstan klubuna keçdi

434 - Futbolinfo.az

Yunanıstanın “Panatinaikos” komandası Mərakeş millisinin yarımmüdafiəçisi Azzedine Unai ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.

A.Unainin son klubu İspaniyanın “Jirona” komandası olub. O, 2025/2026 mövsümündə komandanın heyətində 24 matça çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Mərakeşli yarımmüdafiəçi daha əvvəl də “Panatinaikos”da çıxış edib. O, 2024/2025 mövsümündə Yunanıstan klubunun formasını geyinib.

Azzedine Unai karyerası ərzində həmçinin Fransanın “Marsel” və “Anje” klublarında oynayıb.

Shares: