Türkiyənin aparıcı klublarının yay transfer dönəmində heyətlərinə cəlb etdiyi futbolçulara xərclədiyi vəsait məlum olub. UEFA-ya heyət bildirişləri üçün müddətin başa çatması ilə yanaşı, transfer dönəminin son mərhələsinə daxil olan Türkiyə klublarının transfer statistikası da diqqət çəkib.
Ən çox vəsait “Qalatasaray” tərəfindən xərclənib. İstanbul təmsilçisi Rafael Leao, Aleksey Batrakov, Dəniz Gül, Lesli Uqoçukvu, El Şaday Bitşiyabu və Umut Erdemi heyətinə qatmaq üçün ümumilikdə 78,157 milyon avro ödəyib. “Fənərbağça”nın transfer xərcləri 75,17 milyon avro, “Beşiktaş”ın xərcləri 72,05 milyon avro, “Trabzonspor”un transferlərə ayırdığı vəsait isə 64,172 milyon avro təşkil edib. Ümumilikdə, Türkiyənin 4 böyük klubu bu yay yeni oyunçulara 289,55 milyon avro xərcləyib.
Beləliklə, dörd klub arasında yay transfer dönəmində ən çox pul xərcləyən “Qalatasaray”, ən az vəsait xərcləyən isə “Trabzonspor” olub. “Fənərbağça”nın ən bahalı transferi 39 milyon avroya heyətə cəlb etdiyi Meyson Qrinvud, “Qalatasaray”ın Rafael Leao, “Beşiktaş”ın Orkun Kökçü (ötən mövsüm icarə əsasında oynayırdı), “Trabzonspor”un isə Frankulino transferi olub.
Xatırladaq ki, Məhəmməd Salahla Fabinyo “Trabzonspor”a azad agent kimi qoşulub.
