Dünya futbolu

“Fənərbağça”nın ÇL üçün heyəti

783778377 906110585559690 117488619262638017 n - Futbolinfo.az

Türkiyənin “Fənərbağça” klubunun UEFA Çempionlar Liqasının əsas mərhələsi üçün heyəti müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, 18 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan İstanbul klubunun UEFA-ya təqdim etdiyi heyət aşağıdakı kimidir:

Qapıçılar: Ederson, Mert Günok, Tarık Çetin;

Müdafiəçilər: Ake, Şkrinyar, Opponq, Yigit Efe, Semedo, Mimoviç, Braun, Levent;

Yarımmüdafiəçilər: Gendouzi, Kante, İsmail, Bartuğ, Asensio, Qrinvud, İrfan Can Kahveci, Oğuz, Kerem, Nene;

Hücumçular: Vedat Muriqi, Lukaku.

UEFA-ya təqdim olunan siyahıda Ceyden Ostervolde, Çağlar Söyüncü, Rodriqo Bekaо və Mert Hakan Yandaşın adları yer almayıb. Ostervoldenin zədə səbəbindən dekabrda yaşıl meydanlara qayıtması gözlənilir. Söyüncü və Bekaonun isə yaxın zamanda komandadan ayrılacağı bildirilir.

Qeyd edək ki, “Fənərbağça” Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu sentyabrın 10-da doğma meydanda “Roma”ya qarşı keçirəcək.

Shares: