Dünya futbolu

“Qalatasaray”ın ÇL siyahısı bəlli oldu

galatasaray 2025 2026 1762422553 182173 - Futbolinfo.az

Türkiyə çempionu “Qalatasaray” UEFA Çempionlar Liqasında mübarizə aparacaq futbolçuların siyahısını qitə futbol qurumuna göndərib.

Futbolinfo.az xəbər verir ki, “sarı-qırmızılar”ın təqdim etdiyi sifarış vərəqəsində yay transfer pəncərəsində heyətə cəlb olunan yeni oyunçulardan Uqoçukvu, Rafael Leao, Deniz Gül, Bitşiabu və Batrakov da yer alıblar.

“Cim-bom”un Avropa Liqası üçün genişləndirilmiş heyətini təqdim edirik:

Qapıçılar: Uğurcan Çakır, Günay Güvənç, Cankat Yılmaz, Enes Emre Büyük;

Müdafiəçilər: Abdülkərim Bardakçı, Davinson Sançes, Bitşiabu, Vilfrid Sinqo, Eren Elmalı, Yakobs, Roland Sallai;

Yarımmüdafiəçilər: Batrakov, Sara, İlkay Gündoğan, Lemina, Torreyra, Nhaqa, Uqoçukvu, Yunus Akgün;

Hücumçular: Viktor Osimhen, Barış Alper Yılmaz, Rafael Leao, Leroy Sane, Deniz Gül.

Shares: