Braziliyalı futbolçu Anderson Taliska “Fənərbağça” ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
Taliska 2025-ci ilin yanvarından “Fənərbağça”da çıxış edirdi. O, Türkiyə klubuna Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasından keçmişdi.
Braziliyalı futbolçu ötən mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 45 oyuna çıxaraq 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
Taliska bu ilin fevralında “Fənərbağça” ilə müqaviləsini 2028-ci ilin yayına qədər uzatmışdı.
