Ölkə futbolu

“Sabah”dan Mançesterdə sürpriz gözləmirlər

e9aed6eb f0c1 486e 8c7d 222181445f3f - Futbolinfo.az

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə “Sabah”a qarşı ev oyunu ilə başlayacaq “Mançester Yunayted” püşkün nəticəsindən məmnundur.

Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu turnirə autsayderlərdən biri ilə start götürməyə və qarşılaşmanın Azərbaycanda deyil, doğma məkanda keçirilməsinə sevinir.

Bildirilir ki, baş məşqçi Maykl Kerrik milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyə qədər bütün diqqətini Premyer Liqaya yönəldə biləcək. Çünki “qırmızı şeytanlar” “Old Trafford”da Azərbaycan çempionunu ehtiyat qüvvə ilə asanlıqla məğlub edəcəyini düşünür: “Mançester Yunayted”lə “Sabah” arasında nüfuz və resurslar baxımından fərq böyükdür. “Old Trafford”da oynamaq və heyətin genişliyi “qırmızı şeytanlar”ı favorit edir. Azərbaycanlılar isə intizamlı oyuna üstünlük verəcək. “Mançester Yunayted”in ilk dəqiqələrdən topa sahib olacağı və matça tam nəzarət edəcəyi şübhəsizdir. Qonaqlardan heç bir ciddi sürpriz gözlənilmir. Kerrikin komandasının evdə asanlıqla 3:0, 4:0 kimi hesablarla qalib gələcəyini düşünmək olar”.

Qeyd edək ki, “Mançester Yunayted” – “Sabah” oyunu sentyabrın 10-da keçiriləcək.

Shares: